EN

Qurban Qurbanov ilin ən yaxşı məşqçisi SEÇİLDİ

Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

Sitat.info xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.

Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən 2-si son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, 1-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 1-i “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 1-i isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.

“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluq sevinci yaşayıb. Bundan başqa, Qurbanovun komandası tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksəlib. Hazırda da bu turnirdə çıxışını davam etdirən “köhlən atlar” “Benfika”, “Kopenhagen” kimi komandaları məğlub edib, “Çelsi” ilə oyunda bərabərə qalıb.

Chosen
11
28
sitat.info

10Sources