EN

“Pəri Miniatür məhkəmə yolunu seçib” – Şahbaz Xuduoğlu

“Doğrusu, bizim məhkəmə prosesindən məlumatımız olmayıb. Məhkəmə nə vaxt başlayıb, nə vaxt aparılıb, bilmirəm. Bu barədə “Qanun” nəşriyyatına hər hansı rəsmi çağırış gəlməyib, bundan xəbərim olmayıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyib.

O bildirib ki, rəssam Pəri Miniatürlə rəsmlərindən istifadə mövzusunda əvvəllər də ünsiyyətdə olub və hazırda da dialoqa açıqdır:

“Pəri xanımla mən həmişə danışmışam, bu məsələ ortalığa çıxanda da müzakirə aparmışıq, yenə də söhbət etməyə hazıram! Amma Pəri xanım bu məsələni danışıqla deyil, daha çox məhkəmə qaydasında həll etmək istəyir. Biz də məhkəmədən çağırış alan kimi orada təmsil olunacağıq”.

Qeyd edək ki, Pəri Miniatür “Qanun” və “Xan” nəşriyyatlarını əsərlərindən icazəsiz istifadə etdiyi üçün məhkəməyə verib.

Chosen
2
3
konkret.az

4Sources