“Doğrusu, bizim məhkəmə prosesindən məlumatımız olmayıb. Məhkəmə nə vaxt başlayıb, nə vaxt aparılıb, bilmirəm. Bu barədə “Qanun” nəşriyyatına hər hansı rəsmi çağırış gəlməyib, bundan xəbərim olmayıb”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Qanun” nəşriyatının rəhbəri Şahbaz Xuduoğlu deyib.
O bildirib ki, rəssam Pəri Miniatürlə rəsmilərindən istifadə mövzusunda əvvəllər də ünsiyyətdə olub və hazırda da dialoqa açıqdır:
“Pəri xanımla mən həmişə danışmışam, bu məsələ ortalığa çıxanda da müzakirə aparmışıq, yenə də söhbət etməyə hazıram! Amma Pəri xanım bu məsələni danışıqla deyil, daha çox məhkəmə qaydasında həll etmək istəyir. Biz də məhkəmədən çağırış alan kimi orada təmsil olunacağıq”.
Qeyd edək ki, Pəri Miniatür “Qanun” və “Xan” nəşriyyatlarını əsərlərindən icazəsiz istifadə etdiyi üçün məhkəməyə verib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız