Çinin Quançjou şəhərindən Almatıya (Qazaxıstan) uçan təyyarədə bir qadının öldüyü barədə sosial mediada məlumatlar yayılıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, Qazaxıstan Nəqliyyat Polisi Departamenti daha sonra yerli mətbuata xəbəri təsdiqləyib.
"Ölümün ilkin səbəbi xroniki xəstəlikdir. Hadisənin başvermə səbəbləri araşdırılır. Ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb", - departamentdən bildirilib.
Xəbərdə bildirilir ki, bu, son günlər baş verən ikinci oxşar hadisədir. Dekabrın 10-da Aktobe-Almatı reysində bir sərnişin təyyarədə özünü pis hiss edib. Stüardessalar dərhal ona ilkin tibbi yardım göstəriblər. Təyyarə hava limanına qayıdıb, həkimlər halı pisləşən sərnişinin həyatını xilas edə bilməyiblər.
"Cebheinfo.az"