EN

Sülh əldə olunana qədər Rusiya və Ukrayna bütün gücünü bir birinə ağır zərbə endirmək üçün xərcləyəcək

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukraynanın Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatlar mərkəzinin "Alfa" döyüşçüləri, "Lukoyl-Nijnevoljskneft" şirkətinə məxsus Filanovski adını daşıyan neft hasilat platformasını pilotsuz uçan aparatlar (PUA) ilə hədəf alaraq zərbə vurub, nəticədə onlarla quyuda neft hasilatını dayandırıblar. Qeyd olunur ki, bu, Ukraynanın Xəzər dənizində Rusiyanın neft hasilatı ilə bağlı infrastrukturuna vurduğu ilk zərbədir. “Məqsəd olan platformaya ən az dörd dəfə zərbə endirilib. Hücum nəticəsində 20-dən çox quyudan neft və qaz hasilatı dayandırılıb,” – deyə mənbələr bildirirlər.

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna Rusiyanın enerji satışından əldə etdiyi gəlirlərin azalmasına və paralel olaraq Rusiyanın belə etibarlı enerji təchizatçısı kimi rolunu şübhə altına almağa çalışır: “Bundan əvvəl də Rusiyanın Qara dəniz sahillərində olan terminalları hədəfə alınmışdı. Həmin terminallar Rusiyanın özündən çox daha çox Qazaxıstan neftinin daşınması nəzərdə tutmuşdu. Amma terminalları hədəf alaraq Rusiyaya qarşı mübarizədə Ukrayna heç bir qırmızı xətti tanımadığını göstərdi. Faktiki olaraq Qazaxıstanın da terminalları sıradan çıxarıldı. Bundan əvvəl də fərqli neft tankerlərinə bu cür hücumlar edildi və bununla Ukrayna tərəfi göstərdi ki, onlar Rusiyanın gizli şəkildə fərqli tankerlərlə terminalların neft satmasının qarşısını almağa çalışır. Bir tərəfdən ABŞ “Lukoil”ə və “Rosneft”ə sanksiyalar qoyub, digər tərəfdən də kölgə donanması neftin və sıxılmış qazın satılmasına çalışır. Ukrayna zərbələr endirir ki, xarici ölkələr də bu cür əməliyyatlardan çəkinsin. Yəni burada bir tərəfdən Rusiyanın enerji satmasının qarşısı alınır, kölgə donanmasının və Rusiyaya valyuta daxil olmasının qarşısı alınır, digər tərəfdən Rusiya ilə əməkdaşlıq edən ölkələr çəkindirilir. Məsələn, Qazaxıstan artıq daha ehtiyatlı bir mövqe tutacaq və ya Rusiyadan tankerlərlə neft daşıyan ölkələr tankerlərə hücumdan sonra bu əməkdaşlıqdan çəkinəcəklər. Bu yaxınlarda Türkiyənin bir şirkəti şirkəti artıq tankerin hədəf olmaması üçün Rusiya ilə bağlı neft əməliyyatından imtina etmişdi. Halbuki həmin şirkətin tankerləri məhz Nigeriyada hücuma məruz qalmışdı. Yəni Ukrayna bu qədər də geniş çeşidli bir hücum əməliyyatı hazırlayır”.

Turab Rzayev

Turab Rzayev qeyd edib ki, göründüyü kimi Ukraynanın enerji infrastrukturuna hücumu müharibəyə təsir göstərmir: “Rusiya geri addım atmır, Putin geri çəkilmir və var gücü ilə Ukraynanı bombalamağa davam edir. Ukrayna da geri çəkilmir və getdikcə hücum ərazisini genişləndirir”.

“Artıq Xəzər ətrafında hücumlar müşahidə edilir. Müharibə Cənubi Qafqaza çatmayacaq. Çünki Azərbaycanın neft infrastrukturunun Rusiya ilə heç bir əlaqəsi yoxdur. Amma Rusiyadan keçən neft kəmərimiz ilə bağlı ola bilər. Və yaxud Qroznu ətrafında müəyyən neft mədənləri var, onlarla bağlı ola bilər. Şimali Qafqaza qədər irəliləyə bilər. Çünki burada Ukrayna bir tərəfdən maksimum şəkildə Rusiyanın valyuta əldə edilməsinin qarşısını almağa çalışır, digər tərəfdən də maksimum şəkildə çalışır ki, Rusiyaya maksimum zərər vursun. Nə qədər ki, sülh əldə olunmayıb və Rusiya Ukraynanı bombardman etməyə davam edir. Bu şəkildə də Ukrayna əldə olunan bütün vasitələri ilə heç bir qırmızı xətt gözləmədən Rusiyanın bütün hədəflərinə zərbə endirəcək”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
74
icma.az

1Sources