EN

Zelenski Donbasla bağlı RAZILIQ VERDİ: Müharibə başa çatır?

Ukrayna Donbasda cəbhə xətti boyunca bufer zona yaradılmasına razılıq verməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın Le Monde nəşri, Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixail Podolyaka istinadən məlumat yayıb.

Onun sözlərinə görə, demilitarizasiya zonası cəbhənin hər iki tərəfində yerləşməlidir. Həmçinin hüquqi və məntiqi baxımdan müəyyən edilməlidir ki, bu zonadan bütün silahlar çıxarılacaq, yoxsa yalnız ağır silahlar.

Məlumata əsasən, bu bənd Ukraynanın Avropa müttəfiqlərinin dəstəyi ilə hazırladığı və ABŞ-ın yenilənmiş 20 maddəlik sülh planına daxil edilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
27
1
konkret.az

2Sources