Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Aşqabadda keçirilən Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forumda iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş nazir Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsinin önünə gül dəstəsi qoyub.