EN

Ərdoğan və Netanyahu yaxınlaşa bilər, onlar mane olur

ain.az bildirir, Turkstan.az portalına istinadən.

ABŞ Türkiyənin hərbi gücünün hələ də ərazidə mühüm rol oynadığına inanır.

Turkustan.az xəbər verir ki, bunu "Jerusalem Post" qəzetinə müsahibəsində ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak deyib.

Barak Suriya-İsrail münasibətləri və Türkiyənin Qəzzadakı rolu ilə bağlı qiymətləndirmələr aparıb.

"Türkiyə və Qətər rabitə kanallarını açıq saxladıqları üçün atəşkəs danışıqlarında və girovların xilas edilməsində həyati əhəmiyyət kəsb edirdi. Türkiyənin böyük və təcrübəli quru qüvvələri, HƏMAS da daxil olmaqla müxtəlif aktorlarla dialoqu ilə yanaşı, gərginliyin azalmasına da kömək edə bilər", - o qeyd edib.

Səfir Ərdoğanla Netanyahu arasında normallaşma olacağını irəli sürərək, vəziyyəti hər iki ölkədəki medianın pisləşdirdiyini iddia edib: "Türkiyədə İsrailin Vyanadan Dubaya qədər təsirini genişləndirmək istədiyi iddia edilir. İsraildə isə Ərdoğanın "Osmanlı İmperiyasını yenidən qurmaq istədiyi" deyilir. Hər ikisi cəfəngiyatdır"./publika.az

Facebook

WhatsApp

Telegram

Twitter

Share

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
1
icma.az

3Sources