EN

Estoniya baş naziri onlayn iclas zamanı qəfil yoxa çıxdı

Estoniyanın Baş naziri Kristen Mixal Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə təşkil olunan “könüllülər koalisiyası”nın onlayn iclası zamanı gözlənilmədən ekrandan itib.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb.

Səsyazmada Mixalın iclasın əvvəlində digər iştirakçılarla birlikdə stulda oturduğu görünür. Təxminən üç dəqiqə sonra isə onun olduğu yer boş qalıb və baş nazirin görüntüdən necə və nə zaman çıxdığı məlum olmayıb.

İclasda iştirak edən Böyük Britaniyanın Baş naziri Kir Starmer isə Mixalın qəfil yoxa çıxması ilə bağlı heç bir izah verməyib və iclas davam etdirilib.

Xatırladaq ki, daha əvvəl Pentaqonun keçmiş müşaviri Duqlas MakQreqor “könüllülər koalisiyası”nın fövqəladə toplantısının Kiyevə Ukraynadakı münaqişəni uzatmaq üçün strategiya hazırlamaq baxımından fayda verməyəcəyini bildirmişdi.

Hadisə sosial mediada böyük maraq doğurub və Mixalın iclası niyə tərk etdiyi ilə bağlı suallar açıq qalır.

DOĞRU.AZ

Chosen
43
1
dogru.az

2Sources