Özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi” ilin sonuna kimi bağlana və ya dünən aparılan axtarışlardan sonra müsadirə oluna bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Jovoxurd" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, separatçıların özləri də “nümayəndəliy”in bağlanmasını, həmçinin, mümkün həbsləri istisna etmirlər.
Onlar əmindirlər ki, güc strukturlarının əsas hədəfi Qarabağ separatçılarının sonuncu başçısı olmuş Samvel Şahramanyandır.
Qeyd edək ki, ötən gün Ermənistan İstintaq Komitəsi özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi”ndə axtarış aparıb.