EN

Heç heçə heç kimi narazı salmadı

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Zirə - Qarabağ (Ağdam) 1:1 (1:1) 97. Tyaqo Silva - 6,025. Enrike Kustodio - 6,04. Ruan Renato - 6,05. Ange Mutsinzi - 7,032. Qismət Alıyev (k) - 5,530. Rikardo Martins - 5,58. İsmayıl İbrahimli - 6,5(6. Eldar Quliyev, 82) - qiymətsiz11. Junior Martins - 5,5(21. Hacıağa Hacılı, 66) - 4,510. Georgi Papunaşvili - 4,0(29. Ceyhun Nuriyev, 51) - 4,577. Yeqor Boqomolski - 5,520. İssa Cibrila - 6,5(28. Leroy Mikels, 46) - 6,0Ehtiyat oyunçular 13. Aydın Bayramov 41. Anar Nəzirov 7. Rövlan Muradov 16. Fuad Bayramov 48. Ramiz Muradov 33. Əkbər Eyubov 43. Əhliman Süleymanzadə Baş məşqçi: Rəşad Sadıqov Komandanın ən yaxşısı: Ange Mutsinzi99. Mateuş Koxalski - 5,527. Toral Bayramov - 5,081. Kevin Medina - 5,513. Bəhlul Mustafazadə (k) - 4,52. Mateus Silva - 5,0(44. Elvin Cəfərquliyev, 66) - 5,035. Pedro Bikalyo - 5,59. Xoni Montiel - 6,077. Ramil Şeydayev - 5,0(10. Abdulla Zubir, 66) – 5,015. Leandro Andrade - 5,0(11. Emmanuel Addai, 66) - 4,521. Aleksey Kaşuk - 5,0(7. Nəriman Axundzadə, 66) - 4,017. Kamilo Duran - 5,58. Marko Yankoviç, 75) - 4,0Ehtiyat oyunçular 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 3. Sami Mmae 6. Kris Kuaku 18. Dani Bolt 32. Hikmət Cəbrayılzadə 22. Musa Qurbanlı Baş məşqçi: Qurban Qurbanov Komandanın ən yaxşısı: Xoni MontielQollar: İ.Cibrila, 31 (1:0, E.Kustodio). E.Kustodio, 44-öz qapısına (1:1).Vərəqələr: A.Zubir 86 (qeyri-idman hərəkəti). X.Montiel, 90+2 (hakimin qərarına etiraz). M.Yankoviç, 90+2 (hakimin qərarına etiraz) – sarı. Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli (hamısı Bakı). VAR hakimi: Əliyar Ağayev (Bakı). VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı). Hakim-inspektor: Orxan Məmmədov (Bakı). AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı). 6 dekabr. Zirə. İdman Kompleksinin stadionu. 1200 tamaşaçı (1200 yerlik). Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub. Oyunun qiyməti: 5,5.Zirədə futbola münasibət son həftələrdə yaxşı mənada hər birimizi təəccübləndirir. Bu dəfə də tribunalar tam dolmuşdu. Düzdü, cəmi 1200 yerlik stadiondu, amma olsun. 15 min yerlik stadiona min adamın gəlməsindənsə, 1200 yerlik stadionun dolması yaxşıdı. Oyuna gəlincə, “Ayaks”la qarşılaşma ərəfəsində bu matçı “Qarabağ” üçün yaxşı hazırlıq saymaq olardı. Düzdü, “Zirə” futbolçularının gözündən yorğunluq, fiziki durumundan ağırlıq “yağırdı”. Papunaşvili Abubakar kimi yeriyirdi. Buna baxmayaraq, maraqlı olmasa da, gərgin mübarizəyə şahidlik etdik. “Qarabağ” oyuna daha fəal, daha istəkli başladı. 13-cü dəqiqədə cinahda topu qəbul edən Toral cərimə meydançasına doğru irəlilədi. Yolüstü Boqomolskini də rahatlıqla keçdi. Ötürməsindən sonra isə həlledici məqamda Ramil Tyaqo səddini aşa bilmədi. 17-ci dəqiqədə “Qarabağ” qapıdan təxminən 30 metr aralıda cərimə zərbəsi qazandı. Adətən, bir çox komanda bu məsafədən qapı qarşısına ötürmə verir. Toral isə birbaşa qol vurmaq istəyir. Amma bu dəfə topun arxasında o tək yox, Montiellə birgə idi. Maraqlıdı ki, zərbəni də elə Montiel yerinə yetirdi və yaxşı da alındı. Lakin azacıq dəqiqlik çatmadı. 31-ci dəqiqədə Tyaqo qapıdan zərbə ilə topu oyuna daxil etdi. Ən yaxınında olan Renato ilə oynadı, Renato cinahda Kustodionu gördü, Kustodio isə bir qədər irəlilədi və Cibrila istiqamətinə topu göndərdi. Bəhlulun kobud səhvindən sonra topu qəbul edən Cibrila Koxalskini də keçərək hesabı açdı. Bundan sonra hücumların sayını artıran “Qarabağ” daha böyük qüvvə ilə irəliyə atıldı. 33-cü dəqiqədə Montiel hədəfdən yayındı. 36-cı dəqiqədə isə Duranın zərbəsini Mutsinzi çıxardı. 44-cü dəqiqədə Zirə”nin qapısı önündə qarışıqlıq yarandı. Montielin ötürməsini qəbul edən Ramil topu sol cinahdab qapı qarşısına göndərdi. Top Andradeyə dəyərək dirəyə sıçradı. Sonra da Kustodionun üstünə. Kustodioya dəyən top qapıya daxil oldu və hesab bərabərləşdi. İkinci hissədə tərəflərin yorğunluğu aşkar hiss olundu. Temp də aşağı düşdü. 56-cı dəqiqədə Boqomolskinin o qədər güclü olmayan zərbəsini Koxalski rahatlıqla dəf etdi. 62-ci dəqiqədə isə “Qarabağ” qola çox yaxın oldu. Kaşukun ötürməsindən sonra top Tyaqonu keçmişdi. Qapıya başla zərbə endirən Duranın zərbəsi zamanı Mutsinzi topu boş qapıdan çıxardı. 66-cı dəqiqədə Zubir, Nəriman, Addai və Elvin də meydana çıxdı. Lakin onlar da oyunun axarını dəyişə bilmədi. Hətta Zubir, Yankoviç və Bikalyo hakimə ciddi etiraz edirdilər. 89-cu dəqiqədə Mikels qola çox yaxın oldu. Bir hərəkətlə Bəhlul və Medinanı əla keçdi, qapıya zərbəsini isə Yankoviç dəf etdi. Beləliklə, tərəflər hərəyə bir qazandı və açığı, heç biri belə nəticədən narazı görünmədi.Gözdən qaçmadı Oyun başa çatandan sonra “Qarabağ”ın cəmi 8 futbolçusu “İmarət Tayfa”nın qarşısına gəldi, onlara təşəkkür etdi.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
1
icma.az

2Sources