ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Tramp administrasiyası Venesuela lideri Nikolas Maduronun üç qardaşı oğluna və altı şirkətinə sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “Axios” portalı məlumat yayıb.
“Xəzinədarlıq katibi Skott Bessent tərəfindən elan ediləcək yeni sanksiyalar, administrasiyanın narkotik qaçaqmalçılığı ilə məşğul olan terror təşkilatına rəhbərlik etməkdə ittiham etdiyi Maduroya qarşı Prezident Trampın təzyiq kampaniyasının son addımıdır”, - portalın dərc etdiyi məqalədə bildirilib.
Portalın məlumatına görə, ABŞ neft daşımaq üçün istifadə edilən tankerləri idarə edən altı şirkətə sanksiya tətbiq edib. Maduroya yaxın olduğu iddia edilən panamalı iş adamı da sanksiyalara məruz qalıb.
Qeyd edək ki, dekabrıın 9-da Tramp Maduronun günlərinin saylı olduğunu bəyan edib. Lakin Amerika lideri Venesuelaya ABŞ hərbi qüvvələrinin kontingentinin göndərilməsi ehtimalını istisna etməkdən və ya təsdiqləməkdən imtina edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.