AZ

ABŞ bu dəfə Maduronun qohumlarına sanksiya tətbiq etdi


Tramp administrasiyası Venesuela lideri Nikolas Maduronun üç qardaşı oğluna və altı şirkətinə sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla “Axios” portalı məlumat yayıb.
“Xəzinədarlıq katibi Skott Bessent tərəfindən elan ediləcək yeni sanksiyalar, administrasiyanın narkotik qaçaqmalçılığı ilə məşğul olan terror təşkilatına rəhbərlik etməkdə ittiham etdiyi Maduroya qarşı Prezident Trampın təzyiq kampaniyasının son addımıdır”, - portalın dərc etdiyi məqalədə bildirilib.
Portalın məlumatına görə, ABŞ neft daşımaq üçün istifadə edilən tankerləri idarə edən altı şirkətə sanksiya tətbiq edib. Maduroya yaxın olduğu iddia edilən panamalı iş adamı da sanksiyalara məruz qalıb.
Seçilən
98
1
yeniavaz.com

2Mənbələr