EN

Nəriman Axundzadə sayəsində Qarabağ da olanlar görünmədi Məğlubiyyətin 3 səbəbi

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Videoizahla Çempionlar Liqası matçında "Qarabağ"ın "Ayaks"a məğlub olmasının səbəbləri təhlil edilib.

Ölkə.Az-ın məlumatına görə, "343" futbol analizi üzrə fəaliyyət göstərən sosial şəbəkə səhifəsi 3 məqama diqqət çəkib.

"Əlbəttə ki, ağlınıza gələn ilk adam Nəriman Axundzadə olacaq. Amma mən sizə desəm ki, birinci səbəbkar Marko Yankoviçdir, siz buna necə reaksiya verərsiniz? Xatırladaq ki, "Napoli" ilə oyunda qolların birinin günahkarı məhz Marko Yankoviç idi. O təzyiq altında topu itirdi. "Ayaks"la matçda "Qarabağ"ın ən problemli mövqeyi "6 nömrə mövqeyi" idi. Qonaqların vurduğu birinci 2 qol həmin zonadan gəldi. "Ayaks" həmin mövqedən "Qarabağ"ın qapısına 7 zərbə vurdu. Hansı ki, anormal dərəcədə çoxdur. 1-ci qolda Kasper Dolberq elə görməzdən gələrək Yankoviçi çox asan, bəsit bir hərəkətlə neytrallaşdırıb qol vurdu. 2-ci epizodda Oskar Qlox yenə də Yankoviçi çox asan şəkildə aldadaraq qolu vurur. Hətta 3-cü qolun əks-hücumunda Marko, əslində, "öz oyunçusu" olan (mövqeyi baxımından) Miko Qutsu buraxır və qola səbəb olur". 

Təhlil zamanı məğlubiyyətin ikinci səbəbi kimi Qurban Qurbanovun gedişi göstərilir:

"Zubirin "10 nömrə mövqeyi"ndə oynaması. Onun ana pozisiyası sol cinah vinqeridir. Amma 10 nömrənin funsiyası tam ayrıdır. Qurban Qurbanovun sistemində Yankoviçin son 2 oyunda bərbad oynamasının səbəbi ondan ibarətdir ki, burada Kadi olanda arxada kifayət qədər "çirkli iş" görürdü. Yəni topsuz komandanın pressinqinin təşkil olunmasında faydalı iş əmsalı çox böyük idi. Əbəs yerə deyil ki, bəzi oyunlarda Marko Yankoviç zədəli olanda hətta Kadi onu dayaq yarımmüdafiəçi kimi əvəz edirdi. Çünki Kadinin "6 nömrə mövqeyi"ndə belə keyfiyyət vermək bacarığı var. Amma Zubir 10 nömrə mövqeyində nə hücum planında ciddi qatqıda ola bildi, eyni zamanda arxada həm Bikalyonu, həm də Yankoviçi çılpaqcasına qoydu". 

Nəhayət, məğlubiyyətin 3-cü səbəbi kimi isə hamının bildiyi Nəriman Axundzadə olduğu qeyd edilib, amma bir qədər fərqli yanaşma ilə: 

"Qurban bəy oyundan əvvəl müsahibələrində bildirir ki, onun psixoloji problemləri var. O, təzyiq hiss edir, matçlara artıq qanı qara gəlir. Amma əgər belədirsə, bu cür kritik oyunda niyə formada olan və aktiv pressinq edən Kamillo Duranı çıxarır, Nəriman Axundzadə oyuna buraxılır? Ümumiyyətlə, ona kimi Andrade ancaq 60 dəqiqə oynayıb çıxmalıdırsa, niyə onu Kaşçuk əvəz etmir və Nəriman oyunun son 5 dəqiqəsində topu özündə saxlamaq üçün meydana buraxılmır? Sizin fikrinizcə, "Qarabağ"ın belə yanaşma ilə hələ də pley-off şansları qalırmı?" 

Miri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
olke.az

2Sources