EN

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəqiqləşdi

Azərbaycan 2025-ci il üçün UEFA reytinqindəki mövqeyini qoruyub.

İdmanxeber.az-ın məlumatına görə, avrokubokların əsas mərhələsində bu həftə keçirilən oyunlardan sonra ölkəmiz 22,250 xal ilə 26-cı pillədə qalır. Azərbaycanın bir pillə üstündə Ukrayna (23,256), aşağısında isə Slovakiya (22,218) qərarlaşıb.

Xatırladaq ki, avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ” son oyunda ÇL-in Liqa mərhələsində “Ayaks”a 2:4 hesabı ilə uduzub. Reytinqə 104,005 xal ilə İngiltərə liderlik edir.

Chosen
25
idmanxeber.az

1Sources