EN

Noyabrda əhali 260 milyon min manatlıq elektrik malları və mebellər alıb

2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 828,2 milyon manatlıq elektrik malları və mebellər satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 4,6% çoxdur.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 4,8% faizi elektrik malları və mebellərin alınmasına sərf olunub.

Təkcə noyabr ayı ərzində əhali 259,8 milyon manatlıq elektrik malları və mebellər alıb

Chosen
7
1
fed.az

2Sources