AZ

Azərbaycanda əhali 10 ayda elektrik malları və mebellər 2,6 milyard manat xərcləyib

2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 568,4 milyon manatlıq elektrik malları və mebellər satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-oktyabr ayına nisbətən 5,4% çoxdur.

Bu ilin 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 4,9% faizi elektrik malları və mebellərin alınmasına sərf olunub.

Təkcə oktyabr ayı ərzində əhali 265,6 milyon manatlıq elektrik malları və mebellər alıb.

Seçilən
138
1
fed.az

2Mənbələr