Ötən gün avrokuboklarda qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycanın reytinq sıralamasındakı mövqeyi dəyişməyib.
Ölkəmiz əvvəlki kimi, 26-ci yerdə qararlaşıb. Azərbaycanın cari mövsümkü reytinqi 5,125-ə, son 5 ildəki göstəricisi isə 22.250-yə bərabərdir.
Bununla belə, Ukrayna növbəti qələbəsini, belədə reytinq xallarını qazanıb. Sözügedən ölkə Arda Turanlı "Şaxtyor Donetsk"in qələbəsi sayəsində reytinq xalı 22.850-yə çatıb.
Təqibçimiz Sloveniyanın isə 22.218 əmsalı var.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (103.339) başçılıq edir.