Ukrayna Xəzər dənizindəki “Lukoil” neft platformasına ən azı dörd dron hücumu həyata keçirib.
“Bloomberg”in məlumatına görə, hücumlar 20-dən çox neft quyusunda əməliyyatların dayanmasına səbəb olub. Vəziyyətlə tanış olan mənbələr ölüm və ya xəsarət alanların olmadığını bildiriblər.
Sözügedən neft yatağı Rusiyanı ildə təxminən 6 milyon ton neftlə təmin edir ki, bu da ölkənin daxili istehsalının təxminən 8 faizini təşkil edir.
TAHİR