EN

Bakıda qəza güclü yanğına səbəb oldu

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bakıvaxtı.az-ın "Unikal"a istinadla məlumatına görə, Bəkir Çobanzadə küçəsində hərəkətdə olan “Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub.

Hadisədən sonra maşınlardan biri qaz xəttinə çırpılıb. Nəticədə güclü yanğın başlayıb. 

Yanğın FHN qüvvələri tərəfindən lokallaşdırılıb.

İki nəfərin xəsarət aldığı bildirilir.

Yanğın nəticəsində bir neçə ağaca da ciddi ziyan dəyib. 

Chosen
18
1
bakivaxti.az

2Sources