EN

Tələbələr “ağıllı qələm” ixtira etdi

Rusiyanın Arxangelsk şəhərində tələbələr yazı vərdişlərini yaxşılaşdırmaq üçün xüsusi “ağıllı qələm” hazırlayıblar.

"Ölkə.az" xəbər verir ki, yenilikçi cihaz əl hərəkətlərini izləyir, trayektoriyanı korrektə edir və istifadəçiyə sətirləri daha düz, yazını isə daha səliqəli etməyə kömək edir.

Layihənin müəlliflərindən biri Kira Dedovanın sözlərinə görə, əsas məqsəd yazını həm rahat, həm də inkişaf üçün faydalı prosesə çevirməkdir:

“Biz istəyirik ki, yazmaq təkcə komfortlu deyil, həm də vərdişlərin inkişafına kömək edən bir proses olsun. Hazırda müxtəlif istifadəçi qrupları üçün ayrıca prototiplər üzərində işləyirik”.

Yeni qələm həmçinin biləyə düşən yükü azaldır, bu isə xüsusilə çox yazan məktəblilər üçün vacibdir.

İxtiraçı komanda gələcəkdə qurğunu bir sıra əlavə funksiyalarla təkmilləşdirməyi planlaşdırır.(Musavat.com)

Chosen
58
3
olke.az

4Sources