EN

Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Bu gün müasir dövlətçilik tariximizin memarı, Azərbaycanın inkişaf strategiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin Anım Günüdür. Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu bu gün ölkəmizin bütün sahələrində, elm və təhsildən tutmuş iqtisadiyyat və dövlət idarəçiliyinə qədər—sistemli islahatların, sabitliyin və tərəqqinin əsasını təşkil edir".Newscenter.az xəbər verir ki, bunları Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib. O qeyd edib ki, Heydər Əliyevin milli dövlətçilik ideyaları Azərbaycan xalqı üçün daim yol göstərən məfkurəyə çevrilib:"Mingəçevir Dövlət Universiteti olaraq Ulu Öndərin elmə, təhsilə və gənclərə göstərdiyi xüsusi qayğını fəaliyyətimizin strateji xətti kimi qəbul edir, bu dəyərli irsin qorunması və davam etdirilməsi üçün ardıcıl səylər göstəririk.Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq".Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
newscenter.az

2Sources