EN

HƏMAS Yaxın Şərqdə kibercasusluğu gücləndirib

HƏMAS-la əlaqəli "Kül Bəbiri" qrupu Yaxın Şərqdəki hökumətlərə və diplomatik təşkilatlara genişmiqyaslı kiberhücumlar həyata keçirir.

"Ölkə.az" xəbər verir ki, kibertəhlükəsizlik həllərinin aparıcı təminatçısı olan Palo Alto Networks-ün tədqiqatçıları qrupun Oman, Mərakeş, Misir, İordaniya və Fələstin Muxtariyyətini hədəf aldığını bildiriblər.

Qrup gizli məlumat toplamaq üçün yeni vasitələrdən istifadə edir və İsrail ilə HƏMAS arasında atəşkəsdən sonra da fəaliyyətini davam etdirir. Bu hücumların əsas hədəfi diplomatik sənədlərdir.

Mütəxəssislər qrupun genişlənən əhatə dairəsini, o cümlədən Türkiyəyə və Fələstin Muxtariyyəti ilə münasibətlərinə marağı qeyd edirlər. Tədqiqatçılar vurğulayıblar ki, təşkilat Yaxın Şərqdə həssas məlumatlara davamlı giriş üçün yeni metodlar və vasitələr hazırlayır.

Elvin

Ölkə.az

Chosen
49
3
olke.az

4Sources