EN

Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq Nissan 7000 manat, Toyota , BMW ...

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Gələn il fevralın 10-da müxtəlif dövlət qurumlarına məxsus nəqliyyat vasitələri hərraca çıxarılacaq. Avtosfer.az.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərracda 11 nəqliyyat vasitəsinin satılması nəzərdə tutulur.

"AzerGold" QSC tərəfindən təqdim olunan nəqliyyat vasitələri arasında 2011-ci il buraxılışlı bir və 2012-ci il buraxılışlı dörd "Toyota Hilux" minik avtomobilləri var. Bu avtomobillərin satışının start qiyməti 50 min manatdır.

Prezidentin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələrindən 2006-cı il buraxılışlı üç "BMW 530" minik avtomobili hərraca çıxarılacaq. Onlardan ən bahalısı 10 min 500 manat start qiyməti ilə təklif olunacaq.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının balansında olan nəqliyyat vasitələrinə 2014-cü il buraxılışlı "Nissan Sentra" minik avtomobili 7 min manat, 2005-ci il buraxılışlı QAZ-2752-114 yük təcili yardım avtomobili 5 min manat və 2012-ci il buraxılışlı "Hyundai Sonata" minik avtomobili 8 500 manat start qiyməti ilə satışa çıxarılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
3
avtosfer.az

4Sources