EN

Bakıda ata qətlə yetirildi – 19 yaşlı oğlu saxlanıldı

Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.

1981-ci il təvəllüdlü İftixar Vəlizadə kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə onun 2006-cı təvəllüdlü oğlu A.V şübhəli bilinir.

İlkin məlumata görə, hadisəyə səbəb ailədaxili münaqişə olub.

Polis cinayət əməlində şübhəli bilinən A.V-ni saxlayıb.

Araşdırma aparılır.

Chosen
19
4
konkret.az

5Sources