EN

Elçin Quliyev generalın oğlunu yeni vəzifəyə TƏYİN ETDİ

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavini, Atçılıq Federasiyasının vitse-prezidenti, general-leytenant Cavid Abdullayevin oğlu Mirhəmzə Abdullayevə yeni vəzifə verilib.Bizim.Media Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı DSX-nin rəisi, Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Mirhəmzə Abdullayev DSX hərbi hospitalında şöbə rəisinin müavini təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin maddi-texniki təminat üzrə rəis müavini, general-leytenant Cavid Abdullayevə ikinci vəzifə verərək onu Atçılıq Federasiyasının vitse-prezidenti təyin etmişdi.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
44
bizim.media

10Sources