EN

Rusiya ordusu Xarkov vilayətinin Kuçerovka və Kurilovka yaşayış məntəqələrini nəzarətə götürüb

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kuçerovka və Kurilovka yaşayış məntəqələrini nəzarətə götürüb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremldə keçirilən müşavirədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə məruzəsində bildirib.

Onun sözlərinə görə, Donetsk vilayətinin Kostyantinovka yaşayış məntəqəsinib binaların 45%-i Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib.

O, Rusiya Silahlı Qüvvələrinin Sumı vilayətində və Xarkov vilayətindəki Vovçanskın cənubundakı ərazilər üzərində nəzarəti genişləndirdiyini də söyləyib.

Gerasimov Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin ələ keçirilməsi vəzifəsinin plana uyğun olaraq davam etdiyini qeyd edib.

Chosen
30
4
apa.az

5Sources