Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovlaölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiyaBirləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrəticarət elçisi Lord Con Olderdays arasında görüş keçirilib.
Trend xəbər verir ki, bubarədə RİNN məlumat yayıb.
Ticarət elçisinə son 20 ildə ölkədə nəqliyyat və kommunikasiyainfrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən layihələrbarədə ətraflı məlumat verilib. Azərbaycanın Mərkəzi Asiya, eləcədə Orta Dəhliz üzərində yerləşən digər ölkələrlə fəal əməkdaşlığınəticəsində son illərdə bu dəhlizlə daşımaların həcminin bir neçədəfə artdığı qeyd olunub.
Görüşdə Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər barədəməlumat verilib, layihənin regional kommunikasiyalarınşaxələndirilməsinə, eləcə də bölgədə davamlı sülh və rifahındəstəklənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.
Həmçinin Azərbaycanla Birləşmiş Krallıq arasında tərəfdaşlığıngündəliyində olan prioritet fəaliyyət istiqamətləri, o cümlədənaviasiya və dəmiryol nəqliyyatı, süni intellekt,kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insankapitalının inkişafı üzrə birgə fəaliyyətin perspektivlərinə dairfikir mübadiləsi aparılıb.