Aktual.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədə yazıb.
"Təbii qazın alınması ilə bağlı növbəti saziş: bu dəfə Azərbaycanla, iki il müddətinə və 800 milyon kubmetr həcmində olacaq", - o bildirib.
Xatırladaq ki, dekabrın 10-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" şirkəti arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb.
SOCAR və "MVM CEEnergy" 2023-cü ilin iyun ayında 100 milyon kubmetr qazın tədarükü haqqında müqavilə imzalayıb. Tədarükə 2024-cü ilin aprel ayında başlanılıb.
Bundan başqa, "MVM Group" "Şahdəniz" layihəsində 5%, "South Caucasus Pipeline Company"də (SCPC, Cənubi Qafqaz Boru Kəməri Magistralının operatoru) 4% paya malikdir.