ErmÉ™nistanın baÅŸ naziri Nikol PaÅŸinyan ikinci cÉ™hddÉ™n sonra nÉ™hÉ™yÉ™t Moskvaya enÉ™ bilib.Â
Musavat.com xatırladır ki, Paşinyanın təyyarəsi  Ukrayna dron hücumu səbəbindən Moskva hava limanlarına eniş edə bilməmişdi.
Nəhayət bu gün Moskvaya eniş edən Paşinyan keçirdiyi görüşlərdə yalnız strateji dəstək axtarmaqla kifayətlənməyib, həm də şlyapada video paylaşaraq ürək göstərib.
Paşinyan Ermənistanın Rusiya ilə sıx əməkdaşlıq etməsi və bu əməkdaşlığın ölkə üçün əhəmiyyəti barədə şəxsi mövqeyini nümayiş etdirərək, sosial mediada müxalifətə qarşı möhkəm duruşunu nümayiş etdirib.
Moskvadakı səfəri zamanı, Paşinyan Ermənistanın təhlükəsizlik və iqtisadi inkişafı üçün Rusiyanın dəstəyini gücləndirməyə ehtiyac duyulduğunu qeyd edib. O, Qafqazda sülh və sabitlik üçün Rusiyanın rolunun vacib olduğunu vurğulayıb və Rusiya ilə əlaqələrin davamlı olaraq möhkəmləndirilməsi ilə bağlı qərarını açıqlayıb.