EN

Almaniya ABŞ-ı Ukrayna üzrə sülh danışıqlarına qoşulmağa çağırıb

Almaniya gələn həftənin əvvəlində Berlində keçiriləcək və Ukraynada mümkün atəşkəslə bağlı yüksək səviyyəli görüşə Amerika Birləşmiş Ştatlarını dəvət edib.

APA xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts NATO-nun Baş katibi Mark Rutte ilə danışıqlardan sonra bildirib.

Görüşün Avropanın əsas liderlərini və Ukrayna Prezidenti Volodimir Zelenskiyi bir araya gətirməsi gözlənilir və sürətlə inkişaf edən sülh təşəbbüsü ilə bağlı mövqelərin uzlaşdırılmasına xidmət edir.

Merts deyib ki, ABŞ-ın toplantıda iştirakı üçün dəvət göndərilib, lakin onların qoşulub-qoşulmaması “böyük ölçüdə” bu həftəsonu Böyük Britaniya, Fransa və Almaniya - Ukrayna və ABŞ arasında əsas sənədlər üzərində aparılacaq danışıqlardakı irəliləyişdən asılı olacaq.

Chosen
21
4
apa.az

5Sources