ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Uzun illərin həsrətindən sonra yurdumuza, doğma torpaqlarımıza qayıdırıq. Bundan gözəl nə ola bilər!? Uşaqdan böyüyə hamımız sevincliyik, qürurluyuq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xocalı sakini Vaqif Ağayev deyib.
“Köçkünlük illərində ən çox narahat olduğum o idi ki, gənc nəsil ata-baba yurdunu görmədən böyüyür. Bu gün həm də ona görə sevinirəm ki, doğma torpaqlara ailəmlə, övladlarımla birgə qayıdıram və onlar doğma yurdumuzda böyüyəcəklər”, – deyə o bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.