AZ

Xocalı sakini: Sevinirəm ki, övladlarımız doğma yurdumuzda böyüyəcəklər

Uzun illərin həsrətindən sonra yurdumuza, doğma torpaqlarımıza qayıdırıq. Bundan gözəl nə ola bilər!? Uşaqdan böyüyə hamımız sevincliyik, qürurluyuq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xocalı sakini Vaqif Ağayev deyib.

“Köçkünlük illərində ən çox narahat olduğum o idi ki, gənc nəsil ata-baba yurdunu görmədən böyüyür. Bu gün həm də ona görə sevinirəm ki, doğma torpaqlara ailəmlə, övladlarımla birgə qayıdıram və onlar doğma yurdumuzda böyüyəcəklər”, – deyə o bildirib.

Seçilən
10
3
yeniazerbaycan.com

4Mənbələr