EN

Qazaxıstan CPC-nin infrastrukturuna qarşı pilotsuz hücumun nəticələrini açıqlayıb

Cari il noyabrın axırında Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Qara Dəniz Terminalının akvatoriyasında yerləşən səyyar yanalma körpüsünə pilotsuz qurğu tərəfindən hücum nəticəsində Qazaxıstanın neft hasilatındakı itkiləri 480 min ton təşkil edib.

APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.

Onun sözlərinə görə, baş vermiş hadisəyə baxmayaraq, 2025-ci il üzrə ümumi hasilat planı yerinə yetiriləcək.

Nazir onu da qeyd edib ki, hücum nəticəsində qurğu çox ciddi zədə alıb.

“Konsorsium üzmə qabiliyyətinin bərpası ilə məşğuldur, üzmə qabiliyyəti bərpa olunduqdan sonra aydın olacaq ki, qurğu bərpa olunmağa yararlıdır, yoxsa yox”, – Erlan Akkenjenov vurğulayıb.

Xatırladaq ki, CPC konsorsiumunun noyabrın 29-da yaydığı məlumata görə, CPC-nin Dəniz Terminalı akvatoriyasında pilotsuz qayıqlar tərəfindən həyata keçirilmiş məqsədyönlü terror hücumu nəticəsində VPU-2 yanalma körpüsü ciddi zədələr alıb.

Məlumata görə, Novorossiysk dəniz limanının kapitanı tərəfindən verilmiş göstərişə əsasən yükləmə əməliyyatları və digər əməliyyatlar dayandırılıb, tankerlər CPC akvatoriyasından kənara çıxarılıb. CPC işçiləri və podratçıları arasında xəsarət alan olmayıb.

Chosen
43
1
apa.az

2Sources