BAKI,11 dekabr. TELEQRAF
Qazaxıstanın Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna Ukrayna dronunun hücumundan sonra ölkənin neft hasilatındakı itkilər 480 min tona çatıb.
Teleqraf "TASS"-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov jurnalistlərə açıqlamasında deyib.
Nazir hücumun hasilat səviyyəsinə təsir edib-etmədiyi barədə suala cavab verərkən “Əlbəttə” deyə bildirib və qeyd edib ki, XBKK-yə son hücumdan bu günə qədər ümumi istehsal itkisi 480 min ton təşkil edir.
O, ilin hasilat planı ilə bağlı isə planın tam şəkildə “yerinə yetiriləcəyini” vurğulayıb.