EN

Tailand-Kamboca sərhədində gərginlik artır: ölü sayı 19-a çatıb

Bakı.Trend:

Tailandla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsindəKambocada azı 10 sakin həlak olub, 60-a yaxın insan yaralanıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu haqda Kambocanın Milli MüdafiəNazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, qurbanlardan biri azyaşlı uşaqolub.

Tailand Müdafiə Nazirliyinin məlumatına görə isə baş verəntoqquşmalarda tailandlı hərbçilər arasında itki sayı 9-a yüksəlib.Daha 120 nəfər yaralanıb.

Xatırladaq ki, 7 dekabr tarixində Tailand və Kamboca sərhədindəatıcı silahlardan istifadə olunmaqla qarşıdurmalar başlayıb.Tailandın Kral Ordusu bazar ertəsi bildirib ki, Kamboca qüvvələrisəhər saatlarında sərhəd zonasındakı Tailand mövqeləriniartilleriya atəşi ilə vurmağa başlayıb. Buna cavab olaraq TailandHərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələrendirib.

Tailand quru qoşunlarının məlumatına görə isə, Kamboca bazarertəsi və çərşənbə axşamı Tailand ərazisini BM-21 reaktiv yaylımatəşi sistemlərindən atəşə tutub, həmçinin kamikadze dronlardanistifadə edib. Tailand hərbçiləri əsas ərazilərə nəzarəti bərpaetmək və qarşı tərəfə ziyan vurmaq məqsədilə cavab atəşiaçıblar.

Məqalədə:
Chosen
55
az.trend.az

1Sources