EN

“Formula 1” bir neçə qayda dəyişikliyini təsdiqləyib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtomobil İdmanı Şurasının 2025-ci ilin yekunlarına həsr olunmuş iclası Özbəkistanın Daşkənd şəhərində keçirilib.

İdman.Biz-in FIA-nın rəsmi saytına istinadla verdiyi məlumata görə, iclasda xüsusilə qarşıdan gələn 2026-cı ilin “Formula-1” mövsümü ilə bağlı qərarlar qəbul edilib.

Komandaların yeni nəsil avtomobillərlə effektiv şəkildə işləyə bilməsini təmin etmək məqsədilə gələn il Qran Pri tədbirləri üçün komanda heyətinin limiti müvəqqəti olaraq 60 nəfərə qədər artırılacaq.

Bundan əlavə, FIA yarışların dayandırılması və bərpası prosedurunu sadələşdirib (bu barədə ətraflı məlumat verilməyib – red.).

Həmçinin, 2027-ci ildən etibarən “Formula-1”in mövsümöncəsi bir sınaq sessiyası keçirmək qaydasına qayıdacağı təsdiqlənib.

FIA həmçinin yarışçılar üçün kifayət qədər məşq vaxtını təmin etmək məqsədilə sprint həftəsonlarının qırmızı bayrağın qaldırılmasından sonrakı ilk sərbəst təcrübə sessiyasının uzadılacağını təsdiqləyib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
50
icma.az

10Sources