EN

Azərbaycan və İraq arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib

Bakı. Trend:

8 dekabr 2025-ci il tarixində Bağdad şəhərində AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyi ilə İraq RespublikasınınXarici İşlər Nazirliyi arasında ikinci konsulluq məsləhətləşmələribaş tutub.

Trend xəbər verirki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlərNazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İraqnümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluqidarəsinin rəisi Falah Abdulhassan rəhbərlik edib.

Görüş zamanı Azərbaycan-İraq konsulluq əməkdaşlığının carivəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkəvətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələlərimüzakirə olunub.

Həmçinin iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarınınqorunması, zəruri konsulluq yardımının göstərilməsi və buistiqamətdə mövcud ikitərəfli müqavilə bazasının təkmilləşdirilməsibarədə fikir mübadiləsi aparılıb.

Tərəflər konsulluq sahəsində həyata keçirilmiş yeniliklərimüzakirə edib, həmçinin miqrasiya, daxili işlər, ədliyyə, hüquqiyardım və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyinivurğulayıblar.

Chosen
44
8
az.trend.az

10Sources