EN

Bakıda yağışa görə kütləvi dava: Evə girə bilmirik - VİDEO

Paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kütləvi dava baş verib.

Ölkə.Az Oxu.Az-a istinadən xəbər verir ki, axşam saatlarında qeydə alınan insidentdə 10-a yaxın şəxs əlbəyaxa olub.

"Burada davadır, öldürürlər bir-birilərini. Evimizə daxil ola bilmirik", - deyə görüntüləri mobil cihazi ilə lentə alan şəxs bildirib.

Məlumata görə, həmin ərazidə mövcud olan hasar toplanan yağış suyunun axınını məhdudlaşdıraraq küçəni bağladığı üçün sakinlər arasında narazılıq yaranıb. Bu səbəbdən sakinlərin qonşulardan birinə məxsus hasarı sökməyə cəhd etdiyinə görə aralarında mübahisə yaranıb.

Tərəflər arasında baş verən mübahisə araşdırma predmetidir.

Polis əməkdaşlarının müdaxiləsi ilə tərəflər intizama dəvət olunub və onlara müvafiq izahlar verilib.

Chosen
43
7
olke.az

8Sources