EN

Ukrayna səfiri İsrail XİN-ə çağırıldı

BAKI, 10 dekabr. TELEQRAF

Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk "Ynet" portalına verdiyi müsahibədə İsrailin Baş naziri Binyamin Netanyahu ilə bağlı səsləndirdiyi fikirlərə görə Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, XİN-də ukraynalı səfirə fikirkərinin tamamilə qəbuledilməz olduğu və diplomatik protokola uyğunsuzluğu irad tutulub.

Xatırladaq ki, dekabrın 8-də Netanyahu Knessetdə çıxışı zamanı Putinlə mütəmadi əlaqə saxladığını deyib.
Baş nazirin sözlərinə görə, bu əlaqələr onilliklərdir İsrailin həyati vacib maraqlarına xidmət edir.

Yevgeni Korniyçuk Netanyahunun bu açıqlamasını tənqid etmişdi.

Chosen
121
teleqraf.com

1Sources