EN

Amin Nuri qardaşını niyə öldürdü?

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin məhkəmədə sərbəst ifadəsi dinlənilib.

Amin Nuri qardaşı Adlan Nurini hər hansı bir mülklə bağlı yox, onun sürdüyü həyat tərzi ilə bağlı öldürdüyünü deyib:

"Aslan daim narkotik maddələrdən istifadə edirdi, bütün məhəllə onun narkomanlığından bezərək mənim qarşımı kəsirdi. Onun hərəkətlərinə görə camaat mənim qapıma yumurta atırdı. Hamı deyirdi ki, qapından namusunu təmizlə".

Təqsirləndirilən hadisə baş verən gün qardaşının onu söydüyünü və bundan sonra hiddətlənib bu hadisəni törətdiyini vurğulayıb.

Chosen
34
publika.az

1Sources