EN

Türkiyə-Azərbaycan media platformaları qlobal informasiya şəbəkəsinə çevrilir — Sahil Kərimli

Bakı. Trend:

Türkiyə və Azərbaycanın əməkdaşlığının, dostluq və qardaşlığınındaha da yüksəldilməsi vacibdir.

Trend xəbərverir ki, bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin Başdirektor müavini, “Baku Network” Araşdırma Mərkəzinin sədr müaviniSahil Kərimli Ankarada baş tutan “Qafqaz və Orta Dəhlizin Gələcəyi:İqtisadiyyat, Nəqliyyat və Enerji” mövzusundakı paneldə deyib.

S.Kərimli bildirib ki, bölgədə təhlükəsizlik, rifah və sülhnaminə yalnız Türkiyə və Azərbaycan səylər göstərir:

“Regionda normallaşma prosesi, o cümlədən Ermənistanla olanproblemin həlli istiqamətində biz Türkiyənin dəstəyinə vəqardaşlığına güvənirik. Cənubi Qafqazda normallaşma, xüsusiləErmənistan və Azərbaycan arasında sülh və qarşılıqlı anlaşmanıntəmin olunması deməkdir. Bu proseslər həm regional təhlükəsizlik,həm də iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edir.Türkiyə-Azərbaycan strateji əməkdaşlığı regional siyasətdə mühümyer tutur. Hər iki ölkənin siyasi münasibətləri, iqtisadi və mədənisahələrdəki güclü tərəfdaşlığı Cənubi Qafqazda normallaşmaprosesinə ciddi təsir göstərir. Biz problemlərin həlliistiqamətində Türkiyə ilə daim sıx əməkdaşlıq etməliyik”.

Baş direktorun müavini vurğulayıb ki, iki ölkə arasında siyasi,iqtisadi, sosial və media sahələrində də birgə layihələr həyatakeçirilir:

“Mənim çalışdığım Trend Beynəlxalq İnformasiya Agentliyi illərəvvəl Türkiyədə fəaliyyət göstərən Demirören Xəbər Agentliyi (DHA)ilə birgə media platforması yaratdı. Trend–DHA əməkdaşlığınəticəsində dhapress.com saytı quruldu. Türkiyədəki AlbayrakHoldinqlə də ortaq media platforması var. Bundan xeyli əvvəl dövlətbaşçılarımızın istiqamətverici tövsiyələri əsasında bu mediaqurumlarını yaratmışıq. Azərbaycan xəbərləri Türkiyə mediaplatformalarında, Türkiyə xəbərləri isə Azərbaycan xəbərportallarında yayımlanır”.

“Baku Network” rəsmisi əlavə edib ki, Trend və DHA birgə çoxmaraqlı bir layihə hazırlayıblar:

“Müasir informasiya texnologiyalarına əsaslanan və bu gün üçünzəruri əməkdaşlıq modelini özündə birləşdirən yeni platformayaradılıb. Ortaq media layihəsi Dhapress.com multimedia stokdur.Artıq digər dövlətləri, hətta türk dilində danışmayan ölkələri beləlayihəyə daxil etmişik. Çin nüfuzlu Sinxua Agentliyi də bu layihəyəqoşulmağa razılıq verib. Həmçinin, türk ölkələrindən olan bütünhəmkarlarımızı da platformaya dəvət etmişik. Burada multimediaarxivi formalaşdırılıb. Dezinformasiyanın geniş yayıldığı birdövrdə belə bir platformanın mövcudluğu böyük önəm daşıyır. Müasirtexnologiyalara əsaslanan və günümüzün tələblərinə cavab verən buəməkdaşlıq modeli artıq beynəlxalq miqyasda yayılmaqdadır”.

Qeyd edək ki, Ankarada Qazi Universiteti Türk Dünyası Tətbiq vəAraşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan BeynəlxalqMünasibətlərin Təhlili Mərkəzi və Türkiyə Politika və StratejiAraşdırmalar Vəqfi (TÜRKPAV) əməkdaşlığı ilə "Qafqaz və OrtaDəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji" mövzusundapanel Ankarada baş tutub.

Tədbirdə Qazi Universitetinin rektoru Prof. Dr. Uğur Ünal,Azərbaycanın Ankaradakı səfirliyinin missiya rəhbərinin müavini -müşavir Eldar Əliyev, Türkiyə Böyük Millət Məclisinin Bayındırlıq,İmar, Ulaşıma və Turizm Komissiyasının sədri, AK Parti Trabzonmillət vəkili Adil Karaismailoğlu, Bakı Network AraşdırmaMərkəzinin sədr müavini Sahil Kərimli, Azərbaycan BeynəlxalqMünasibətlər və Təhlil Mərkəzinin eksperti Fuad Abdullayev,Azərbaycan Dövlət Televiziyasının redaktoru Mahir Qəribov və çoxsayda qonaq iştirak edib.

Türkiyə-Azərbaycan
Türkiyə-Azərbaycan
Türkiyə-Azərbaycan
Türkiyə-Azərbaycan
Türkiyə-Azərbaycan
Türkiyə-Azərbaycan
Türkiyə-Azərbaycan
Chosen
6
2
az.trend.az

3Sources