EN

“Yağışlı hava futbolçularımızı daha da ruhlandırmalıdır” Deputatdan Qarabağ” “Ayaks” oyunu barədə AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin altıncı turunda "Qarabağ" növbəti oyununa çıxacaq. Təmsilçimiz "Ayaks"  klubu ilə üz-üzə gələcək.Milli Məclisin deputatı Aqil Abbas Demokrat.az-a açıqlamasında deyib ki, ən çətin hava şəraitində əsgərlərimiz gedib Qarabağı azad etdilər:“Yağışda, qarda, dumanlı havada döyüşdülər və ən pis havada belə Şuşaya bayrağımız sancıldı. Belə yağışlı hava isə futbolçularımızı daha da ruhlandırmalıdır. Onlar da əsgərlərimizin yolunu gedəcək, eyni iradə və əzmlə mübarizə aparacaqlar. Bu gün biz qalib gələcəyik. Yağış gözəllikdir, bolluq və bərəkətdir. Allah yağdırırsa, bunun bir hikməti var. Bu oyunda biz qələbə qazanacağıq – başqa cür düşünmək olmaz”.Leyla Turan 

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
102
demokrat.az

1Sources