EN

Sumqayıtda anasının kartından oğurluq edib arvadına göndərən şəxs saxlanılıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsaiti naməlum şəraitdə oğurlanıb.

APA xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən zərərçəkənin mobil tətbiqi və kartına kibermüdaxilənin olmadığı müəyyən edilib. Bu hal isə oğurluğun zərərçəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədilyinə əsaslı şübhələr yaradıb.

Həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənin oğlu X.Əhmədov talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
64
29
apa.az

10Sources