EN

Azərbaycanda güclü və dağıdıcı zəlzələ olacaq? – Ekspertdən ŞOK PROQNOZ

Bu gün Quba stansiyasından 19 kilometr şimalda, Quba rayonunda 3,3 maqnitudada zəlzələ qeydə alınıb. Yeraltı təkanlar hiss edilsə də, dağıdıcı olmayıb. Bəs, yaxın zaman da Azərbaycan da güclü zəlzələ ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Azərbaycanda hər gün müxtəlif gücdə titrəyişlər baş verir:

“Sadəcə olaraq 3,5 baldan yuxarı olduqda insanlar bunu hiss etməyə başlayır. Bunlar dağıdıcı zəlzələlər deyil. Azərbaycan ərazisində dağıdıcı zəlzələ baş verə bilər, çünki biz Ərəbistan platforması üzərində yerləşirik. Türkiyədə böyük zəlzələlər oldu və bu proses bizə də təsirsiz ötüşmür. Amma yaxın vaxtlarda dağıdıcı zəlzələ gözlənilmir,” – deyə o, bildirib.

Ekspert vurğulayıb ki, Bakıdakı çoxmərtəbəli binalarda ciddi risk yoxdur:

“Binalarımız davamlıdır, ölümlə nəticələnən hallar gözlənilmir. Bir neçə il əvvəl Zaqatalada, Şamaxıda zəlzələlər oldu, lakin böyük itkilər yaşanmadı,” – ekoloq əlavə edib.

Hazırda seysmoloji durum nəzarətdə saxlanılır.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
10
1
konkret.az

2Sources