EN

2025-ci ildə əhalinin hər nəfərinə düşən ÜDM-un həcmi açıqlanıb

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 116320,1 milyonmanatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxümumi daxili məhsul istehsal olunub.

Trend xəbərverir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər1,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb.

ÜDM istehsalının 34,0 faizi sənaye, 10,6 faizi ticarət;nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbartəsərrüfatı, 6,5 faizi tikinti, 6,4 faizi kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi vəictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 21,1faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalisvergilər ÜDM-in 9,5 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 11356,4 manata bərabər olub.

Chosen
19
18
az.trend.az

10Sources