EN

Müəllimlər üçün əlavə məzuniyyət yay tətilinə təsir edəcək? - AÇIQLAMA

Son günlər təhsil ictimaiyyətində müzakirəyə səbəb olan məsələlərdən biri də pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət hüququnun tanınmasıdır. Ümumtəhsil müəssisələrində çalışan müəllimlər arasında belə fikir formalaşıb ki, bu yenilik onların ənənəvi yay tətili müddətinə təsir göstərə və hətta onun ləğvinə səbəb ola bilər.

Tədris ili ərzində məzuniyyət hüququnun tətbiqi hansı müəllim kateqoriyalarını əhatə edə bilər? Bu sistem tətbiq olunarsa, yay tətili müddətinə təsiri necə tənzimlənəcək?

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, əvvəlki qanunvericiliyə əsasən müəllimlər yalnız yay tətilində əmək məzuniyyətinə çıxa bilərdilər:

174041

"Belə ki, qanunvericiliyə əsasən bu formada həyata keçirilib. İndi isə yanaşma dəyişir. Burada heç kəsin narahat olmasına əsas yoxdur. Yəni söhbət yay tətili müddətinin azadılmasından getmir. Sadəcə olaraq burada prosedurun mövcud qanunvericiliyə uyğun tənzimlənməsindən gedir.

Bütün sahələrdə işçilər əvvəlki prosedura uyğun olaraq digər strukturlarda istənilən vaxt məzuniyyət götürə bilirdilər. Hazırkı situasiyada isə müəllimlərə də bu imkanlar verilir. Təbii ki, bunun qayda və normaları müəyyənləşəcək.

Nəzərə alsaq ki, məktəblərimizdə ilin müxtəlif vaxtlarında da tətillər olur, prosesə uyğun olaraq bu addımlar atıla bilər. Yəni burada müəllimin işlədiyi müddət, dərs bölgüsü və digər məsələlər nəzərə alınacaq. Bir daha xüsusi olaraq qeyd etmək istəyirəm ki, hər hansı narahatlığa ehtiyac yoxdur.

Bu məsələ əslində müəllimlərimiz üçün yeni imkan yaradır. Onlara yalnız yayda deyil, ilin digər vaxtlarında da məzuniyyət hüququndan yararlanmaq imkanı verir".

Chosen
29
azedu.az

1Sources