EN

Vaşinqton və Kiyev sülh planının bir hissəsi olaraq Ukraynanın 2027-ci ildə AB-yə qəbulunu müzakirə edirlər

Vaşinqton və Kiyev Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh planının bir hissəsi olaraq Ukraynanın 2027-ci ildə Avropa Birliyinə qoşulmasına imkan verən təklifi müzakirə edirlər. Bu barədə “The Washington Post” qəzetinin köşə yazarı Devid İqnatius Amerika və Ukrayna rəsmilərinə istinadən məlumat verib.

O qeyd edir ki, bəzi AB ölkələri Ukraynanın AB-yə sürətli qoşulmasından narahatdırlar. Lakin Donald Tramp administrasiyası Ukraynanın qəbuluna qarşı çıxan Macarıstanın müxalifətini dəf edə biləcəyinə inanır.

AB üzvlüyünün ticarət və investisiyaları təşviq edəcəyi, eləcə də Ukraynada korrupsiya ilə mübarizə aparacağı gözlənilir.

Danışıqlarda həmçinin Donetsk bölgəsindən Xerson və Zaporojyeyə qədər "bütün atəşkəs xətti boyunca" demilitarizasiya zonası yaratmaq təklifi də müzakirə olunur. İqnatius yazır: "Bu silahsızlaşdırılmış zonanın kənarında ağır silahların qadağan ediləcəyi daha dərin bir zona olacaq. Bu zona, Şimali və Cənubi Koreyanı ayıran silahsızlaşdırılmış zonaya bənzər şəkildə, yaxından izləniləcək."

Onun sözlərinə görə, digər ideyalara Zaporojye Atom Elektrik Stansiyasının ABŞ-ın nəzarəti altına verilməsi daxildir.

Almaz Həsənli

Chosen
16
1
oxumeni.az

2Sources