EN

Mərakeşdə yaşayış binaları uçub, 19 nəfər ölüb

Mərakeşin Fes şəhərində yaşayış binalarının uçması nəticəsində 19 nəfər ölüb.

APA Mərakeş mediasına istinadən xəbər verir ki, iki ədəd dördmərtəbəli binanın uçması 19 nəfərin ölümünə və 16 nəfərin xəsarət almasına səbəb olub.

Hadisənin səbəbləri və digər təfərrüatlar verilməyib.

Ərazidə xilasetmə tədbirləri aparılır.

Chosen
66
20
apa.az

10Sources