ABŞ prezidenti Donald Tramp "Politico" qəzetinə müsahibəsində Türkiyə barədə fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, Tramp müsahibə zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dostu olaraq təqdim edib.
O bildirib ki, NATO ölkələri Türkiyə ilə problem yaşadıqda ona zəng edirlər: "Onlar bununla bağlı çətinlik çəkirlər və məndən Ərdoğana zəng etməyimi xahiş edirlər. Zəng edirəm və həmişə onunla həll yolu tapıram".
Tramp Ərdoğanla həmişə yaxşı yola gedə bildiyini qeyd edib: "O, güclü bir ölkə və güclü bir ordu qurdu".
Amerika Prezidenti həmçinin, "NATO üçün çətin olan ölkələr var" deyərək buna Türkiyəni nümunə kimi göstərib.